Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akşenerin atdığı addımlar və siyasi jestləri ona baha başa gəldi -ÖZƏL

Akşenerin atdığı addımlar və siyasi jestləri ona baha başa gəldi


Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri bir sıra nüansları ilə yadda qaldı. Bunlardan biri MHP-nin iddia edildiyinin əksinə olaraq 10 faizlik barajı keçməsi idisi, digər Meral Akşenerin rəhbırlik etdiyi İYİ Partiyanın parlamentdə arzuladığı, hətta qarşıya məqsəd qoyduğu qədər mandat əldə etməməsi oldu. Çoxları İYİ Partiyanın bu uğursuzluğunu partiya sədrinin səriştəsizliyi və "6-lı masa"dakı davranışları ilə əlaqələndirir.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, Akşenerin atdığı addımlar və siyasi jestləri ona çox baha başa gəldi:

"MHP, İYİ partiyasını seçkilərin nəticələrinə görə geridə qoydu. Bu hadisəyə seçkilərin gözlənilməz hadisələrindən biri adı vermək də olar. Əslində Türkiyə secicisinin İYİ partiyasına səs verməməyinin bir neçə səbəbi var. Onlardan biri, bəlkə də birincisi olaraq, seçki kampaniyası ərəfəsində Meral Akşenerin "6-lı masa"nı qumar masası adlandıraraq ayrılması və sonra yenidən təhqir etdiyi və xəyanətdə günahlandırdığı siyasi masaya geri donməsi ilə bağlıdır. Seçici, xüsusilə də Türkiyə seçicisi bu kimi addımları siyasətçiyə əsla bağışlamır. Əslində bu nəticələr, Meral Akşenerə seçki kampaniyası ərəfəsində "sən istədiyini edə bilməzsən" deyən qüvvələrin tətbiq etdiyinin eynisini türk xalqı seçki qutusunda ona tətbiq etdi".

Ekspert onu da diqqətə çatdırıb ki, Meral Akşenerin rəhbərliyik etdiyi İYİ partiyası, seçki öncəsi ölkə seçicilərinin 20 faiz elektoratına sahib idi:

"Nəzərə alsaq ki, "Millət İttifaqı" seçki blokunun seçki kampaniyası ərəfəsində daha aktiv olaraq xalqla təmasda və gorüşlərdə olan Meral Akşener, bu elektoratını daha da çoxaltmalı idi anlamına gəlir və yaxud da ən azından əlində olan elektoratını saxlamalı idi. Bu gün İYİ partiyasına verilən səslərə diqqət yetirsək, 10 faizin altında yer alır. Akşenerin atdığı addımlar və siyasi jestləri ona çox baha başa gəldi, demək olar".

Anar Əliyev
Xəbəri paylaş