Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın növbəti uğuru -ÖZƏL

Azərbaycanın növbəti uğuru


“Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirdiyi görüşü səmərəli və məhsuldar hesab etmək olar. Əgər Ermənistan əvvəlki görüşlərdən sonrakı oyunları, təxribatları davam etdirməsə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması tezləşə bilər”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, 14 may tarixində keçirilən Brüssel görüşü həm də Azərbaycan diplomatiyasının, İlham Əliyev qətiyyətinin növbəti uğuru kimi də xarakterizə edilə bilər:

“Bildiyimiz kimi görüşün yekunlarına dair yayılan sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı bildirilir. İlk dəfədir ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km ərazisini tanıdığını bildirir. Eyni zamanda Azərbaycan da qarşılıqlı şəkildə Ermənistanın 29,8 min kv. km ərazisini tanıyır. Bunun özü kifayət qədər ciddi bir nüansdır”.

İctimai Birlik sədri onu da qeyd edib ki, Brüsseldə Azərbaycanın Laçında nəzarət buraxılış məntəqəsi quraşdırmasında heç bir problem olmadığı və rəsmi Bakının doğal haqqının olduğu ifadə edilməklə yanaşı, Qarabağ ermənilərinin Azərbaycanın daxili işi kimi xarakterizə edilməsi də, Azərbaycanın uğuru, eyni zamanda Bakının mövqeyinin Brüssel tərəfindən belə qəbul olunduğunun təcəssümüdür”.

Anar Əliyev
Xəbəri paylaş