Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi kritik zamanlarda tərəf olmaq, safını bəlli etmək lazımdır -ÖZƏL

Bəzi kritik zamanlarda tərəf olmaq, safını bəlli etmək lazımdır


"Bəzi kritik zamanlarda tərəf olmaq, safını bəlli etmək lazımdır. Necəki Qarabağ müharibəsində Ərdoğan və tərəfdarları Azərbaycandan yana olaraq, qarşı tərəf isə Azərbaycanda nə işimiz var deyərək safını bəlli etdi".

Bu fikirləri Newscenter.az-a Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Tural Əfəndi səsləndirib. Onun sözlərinə görə, əgər bu gün biz tərəzinin gözünə baxaraq münasibət bildirərsək hər kəs qeyri səmimiliyimizə agah olar, güvənimiz itər:

"Mən həyatımın bütün nöqtələrində ürəyimdən gələn kimi hərəkət edirəm. Hər şeyi hesab kitab üzərinə etmirəm. Bunun zərərini görürəm mi? Bəli , yetəri qədər görürəm. Ancaq günü gəlir rəqiblər belə bu duruşa görə çox hörmətlə yanaşır. Qısacası, əgər Azərbaycanı müdafiə edən adamı müdafiə etdiyimizə görə Türkiyə əhalisinin yarısı bizdən inciyəksə buraxın incisin. Dar günümüzdə onlar bizim yanımızda olaydılar, bizdə bu gün onları müdafiə edərdik. Bu qədər bəsit".

Anar Əliyev
Xəbəri paylaş