Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Budur, strateji düşüncə, uzaqgörənlik-NƏSİB MƏHƏMƏLİYEV -ÖZƏL

Budur, strateji düşüncə, uzaqgörənlik-NƏSİB MƏHƏMƏLİYEV


"Prezident İlham Əliyevin, Ulu Öndər Heydər Əliyevlə bağlı xalqa müraciətini məhz, Şuşa şəhərindən etməsi, xüsusi rəmzi məna daşıyır. Belə məsələlərdə təsadüf ola bilməz".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyav səsləndirib. Millət vəkili bildirib ki, 2023-cü il, Prezidentin sərəncamı ilə “Heydər Əliyev” ili elan olunub:

"Ulu Öndərin anadan olmasının 100 illiyi ölkənin daxilində və hüdudlarından kənarda ən geniş şəkildə qeyd edilir. Onun dövlət və xalq qarşısındakı xidmətlri hörmətlə, ehtiramla xatırlanır. Gənc nəsillərə ötürülür".

Deputat qeyd edib ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan müharibədə rayonlarımızın, kəndlərimizin böyük hissəsinin ardıcıllıqla işğaldan azad olunmasına baxmayaraq, düşmən təslim olmurdu. Yalnız Şuşa döyüşlərindən sonra erməni silahlı qüvvələrinin beli qırıldı:

"Məhz, dünya hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatları Ermənistanı və havadarlarını kapitulyasiya aktını imzalamağa məcbur etdi. 1992-ci il may ayının 8-dən başlayaraq, hər il ermənilər Şuşanın alınmasını təm-təraqla bayram edirdilər. 28 il sonra noyabrın 8-də, qəhrəman Silahlı Qüvvələrimiz dünya erməniliyinə sağalmaz yara vurdu. Vətənin hər bir bölgəsi əzizdir və Azərbaycan xalqı hər axşam televiziyada, cənab Prezidentin işğaldan azad olunmuş ərazilər, düşmənin verdiyi itkilər barədə məlumatını səbirsizliklə gözləyirdi. Şuşanın, cəmiyyətimizdə, hər bir bir azərbaycanlının qəlbində məxsusi yer tutması danılmaz faktdır. Nəhayət, tariximizin ən şərəfli səhifələrindən biri açıldı. Şuşanın azad olunması xəbərini Müzəffər Ali Baş Komandan fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının başında hərbi salam və raport verməklə xalqa çatdırdı".

Nəsib Məhəməliyev onu da qeyd edib ki, prezidentin, Şuşadan xalqa müraciət etməsinin digər mənası, müharbədən sonra iki il ərzində həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, tikinti, bərpa işləri ilə dünya birliyini tanış etməkdir:

"30 illik işğal dövründə şəhərləri, kəndləri tarixi, memarlıq abidələrini yerlə yeksan edən, cəhənnəmə çevirən erməni vandallarından fərqli olaraq, Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirməkdir. Prezidentin Qarabağa hər bir səfəri, ən yüksək zövqlə icra olunmuş layihələrlə müşaiyyət olunur. Təbii ki, yeniləşən, gözəlləşən Qarabağı düşmən də, dünya ictimaiyyəti də görür və bir çox hallarda Ermənistan hakimiyyətlərini qınayırlar.

Millət vəkili Cənab Prezidentin Şuşa müraciətinin əsas tezislərinə də diqqət çəkib:

"Şuşa Zəfərimizin rəmzidir və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu güclü Azərbaycan dövləti Şuşanı azad etdiyi kimi, yenidən bərpa edəcəkdir. Mesajların ünvanı Ermənistan, onun havadarları, dünya erməniliyi, beynəlxalq birlik bir dəfəlik bilməlidir ki, Qarabağ Azərbaycandır. Heç bir halda, müzakirə predmeti ola bilməz və torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəkdir. Sonralar, Ulu Öndərin, peyğəmbərcəsinə işlətdiyi, “Biz Şuşasız, laçınsız, kəlbəcərsiz yaşaya bilmərik. Biz mütləq qayıdacağıq” sözlərini eşitdirdik. Şuşanın azad edilməsi, Ata vəsiyyəti” olduğu barədə cənab Prezidentin fikirləri ilə tanış olduq. Bax budur, strateji düşüncə, uzaqgörənlik".

Anar Əliyev
Xəbəri paylaş