Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cavuşoğlu daxil olmaqla, Ərdoğan hökumətinin 15 naziri deputat seçilib

Cavuşoğlu daxil olmaqla, Ərdoğan hökumətinin 15 naziri deputat seçilib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daxil olmaqla, Ərdoğan iqtidarının 15 naziri Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

Newscenter.az Türkiyə mediasına istinadən bildirir ki, Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayserinin yeni millət vəkili olublar.

Həmçinin, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf, şəhərçilik və iqlim naziri Murat Kurum, təhsil naziri Mahmut Özer, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ticarət naziri Mehmet Muş Samsundan, xəzinə və maliyyə naziri Nureddin Nebati, daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi , əmək və sosial müdafiə naziri Vedat Bilgin Ankaradan deputat seçiliblər.

Nazirlərlə yanaşı, Türkiyənin vitse-prezidenti Fuat Oktay da Ankaradan deputat seçilib.

Mehman Mehdiyev
Xəbəri paylaş