"Dövlətə və xalqa rəhbərlik etmək asan deyil, komanda işidir. İndiki dövrdə ata oğluna etibar edə bilmir". Newscenter.az xəbər verir ki, bu fikirləri Ankara Sənət Platformasının rəhbəri Sultan Özateş 14 mayda keçirilən prezident və 28-ci dönəm parlament seçkilərindən sonra yaranan siyasi mənzərə, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğana qarşı olan haqsız ittihamlara münasibət bildirərkən səsləndirib:
"Cənablar, xanımlar özünüzü ələ alın. Hudapər deyib şər atırsan. Ancaq bu millətə güllə atan terrorçulara və HDP-yə bir söz demirsiz".
Sultan Özateş daha sonra bunları qeyd edib:
"Uduzmaqdan imtina edən kütlə, qalibləri öldürür sanki. Biz eyni torpağın, eyni bayrağın insanlarıyıq. Hətta valideynlər və uşaqlar eyni evdə fərqli fikirlərlə yaşayırlar. Sağ-sol olduğumuz üçün yola gedə bilmirik. Biz Türk Millətiyik. Biz nə vaxt belə millət olduq?".
Sultan Özateş təbii fəlakət bölgəsinin seçicilərinin Ərdoğana səs verməsindən dolayı tənqid hədəfinə çevrilməsinə də sərt reaksiya bildirib:
Zəlzələ bölgəsində insanları kədərləndirən və təhqir edənlər, oradakı insanların ətrafında olmusunuz? Ağrını yaşamaq, qucaqlamağı bilmək başqadır. Bu seçkidir, zəlzələni Prezident törədibmiş kimi təhqir paylaşmaq yaraşarmı? Kim istəsə azad iradəsi ilə səs verə bilər. Kimin həddinıdir?!
Anar Əliyev