Türkiyədə keçirilən prezident və 28-ci dönəm millət vəkili seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya yola düşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, dövlət başçısı İstanbulun Üsküdar səmtindəki Kısıklıdakı iqamətgahından ayrılıb. Prezident Ərdoğanı iqamətgahdan ayrılarkən ona sevgi göstərən vətəndaşlar müşayət edib.
Qeyd edək ki, seçkinin ilkin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan və onun rəhbəri olduğu AK Partiya liderdir.
Anar Əliyev