Türkiyədə keçirilən 28-ci dönəm parlament seçkiləri bir sıra maraqlı məqamları ilə yadda qaldı. Diqqət çəkən nüanslardan biri də PKK-nın siyasi qanadı sayılan HDP-nin Yaşıl Sol Parti libasında TBMM-yə düşməsi oldu. Həm də sözügedən partiya mandat sayına görə, MHP-ni də geridə qoydu.
Seçki nəticələri ilə bağlı Newscenter.az-a danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, HDP -nin yaşıl sol partiyə çevrilməsi onu nə qədər kamuflyaj etmək məqsədi daşısa da, seçici onların vədlərinə inanmadı. Onun sözlərinə görə, faiz etibarı ilə HDP MHP-dən çox səs topladı kimi görünsə, əslində MHP gündəlikdə baryerin altında qalacaq kimi iddialar olsa da, məclisdə vəkil yerini 49-dan 52-yə çıxardı və 10 faiz ətrafında səs toplamaqla əvvəlkindən yüksək göstərici göstərdi. HDP-nin isə səsləri 12 faizdən 10 faizlər səviyyəsinə düşdü".
Azər Qasımov hesab edir ki, bu baxımdan, bu seçkiləri HDP-yə baxanda MHP qazandı demək olar:
"Buna Prezident seçkilərinin səs faizlərindəki fərqi də əlavə etsək HDP-nın artıq partiya kimi nüfuzunun mənəvi olaraq ikinci turdan sonra daha da aşağı düşəcəyi şübhəsizdir".
Anar Əliyev