Hərbi ekspert Ədalət Verdiyev Müdafiə Sənayesi Nazirliyini sorğulara cavab verməməkdə, nazirliyin yaydığı xəbərlərə yazılan rəyləri silməkdə günahlandırıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə ekspert özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Ədalət Verdiyev bildirib ki, sözügedən nazirlik 2 ildir ona ünvanlanmış sorğuya cavab vermir:
"Müdafiə Sənayesi Nazirliyi 44 gün əvvəl Yoqa klubu yaratması barədə bir status paylaşmışdı. Mən onlara Yoqa klubu əvəzinə yeni silahlar barədə məlumat paylaşmağı məsləhət bilmişdim. İndi baxıram ki, rəyimi siliblər. İlk dəfə deyil ki, rəyim silinir. Əslində o boyda nazirliyin 44 günlük statusunun cəmi 48 nəfər tərəfindən bəyənilməsi çox şeydən xəbər verir".
Ekspert daha sonra "yeni silah barədə məlumat verin, paylaşaq. İki ildir sorğuma cavab vermirsiniz, öz işinizdir. Rəy silməklə qalıb ölkənin imkanlarını təbliğ edə bilməzsiniz. İşləmək lazimdir", deyə vurğulayıb.
Anar Əliyev