28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan türk seçicilər də yenidən səsvermə prosesində iştirak edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunun üçün lazımi hazırlıq işləri görülür. Bu çərçivədə xaricdəki türk vətəndaşlar 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında səs verə biləcəklər. Xaricdəki diplomatik nümayəndəliklərdə səsvermə mayın 20-də başlayacaq və mayın 24-də başa çatacaq. Gömrük qapılarında səsvermə isə mayın 28-i, saat 17.00-dək davam edəcək. Seçkilərin ikinci turunda 29 may 2005-ci il təvəllüdlü şəxslər də səs verə biləcəklər.
Diplomatik kuryerlə Türkiyəyə gətiriləcək səslər mayın 28-də Türkiyədə seçki qutuları bağlandıqdan sonra digər səslərlə birlikdə hesablanacaq.
Anar Əliyev