Mayın 14-də Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkilərində əvvəlki seçkilərdən fərqli olaraq nisbətən güclü nəticə əldə edən partiyalardan biri də Milliyətçi Hərəkat Partiyası (MHP) oldu. Sözügedən partiya Türkiyə Böyük Millət Məclisində səs faizinə görə 3-cü yeri tutdu.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib ki, siyasi kursu və ya hakimiyyətə münasibəti çox vaxt tənqidə məruz qalan MHP-nin türk milləti, türk dövləti, Azərbaycan və Turk Dünyası adına parlamentdə güclü olması müsbət bir hadisədir. O bildirib ki, MHP türk siyasətində Azərbaycanı qarşılıqsız sevənlərin ən mühum nümayəndələrindəndir:
"Azərbaycanda içində rəsmilərimizin də olduğu çox adam bilməsə də MHP Türkiyənin Azərbaycan siyasətinin görünməyən mühüm aktyorlarındandır".
Anar Əliyev