"Türkiyə dünən keçirilən seçkilərdə, hüquq dövləti olduğunu bir daha sübut etdi. Seçkilərə start verildiyi gündən, bütün siyasi partiyalara və namizədlərə bərabər şəkildə şərait yaradıldı və seçkinin sonuna qədər bütün proseslər seçki qanunvericiliyinə uyğun olaraq yerinə yetirildi".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, seçki kompaniyası ərəfəsində və seçki günü seçkinin şəffaflığına kölgə salmaq istəyən qüvvələrin olmasına və nəticələri şübhə altına alan çağırışlar səslənməsinə baxmayaraq, Türkiyə hökuməti, Türkiyə Yüksək Seçim Qurumu, Türk Polisi və digər yetkililərin öz yerində olması, işlərini doğru və nizamlı olaraq professional şəkildə yerinə yetirmələri bütün neqativ halların qarşısını almağa müyəssər ola bilmələrinə imkan yaratdı:
"Seçkilərin nəticələri bizə deməyə əsas verir ki, keçirilən seçkilər gərgin və maraqlı mübarizə şəraitində yadda qaldı. Türkiyə secicisinin öz inandığı namizədinə səs verərkən nə qədər məsuliyyətli olduğunu gördük və bu özü özlüyündə Türkiyə cəmiyyətinin, vətəndaşların savadlı, inanclı, vətənpərvər və ölkəsinin sabahına biganə qalmadığını göstərdi. Parlamentə daxil olan siyasi blokların faiz dərəcəsini nəzərdən keçirsək, görərik ki, bölgü ölkəni tam olaraq əhatə edir və bu səbəbdən elektorat narazı deyil. Çünki, parlamentdəki qüvvələr balansı ölkənin sabahını təmin edəcək gücə sahib olmalıdırlar. Məhz bu səbəbdən yeni parlament üzvləri ölkənin gələcəyi ehtimallarını doğrultmaq iqtidarındadır".
Prezident seçkiləri barədə qeyd edən ekspert deyib ki, mükəmməl bir mübarizə və nəticələr baş verdi:
"İkinci tura qalan mübarizə, mayın 28-də yenidən türk xalqının iradəsi ilə müəyyən ediləcək. İnanıram ki, Türkiyə bu işi də ən yüksək səviyyədə həyata keçirə biləcək. Bu seçkilər, Türkiyə cümhuriyyətinin tarixində öz dəsti xətti ilə yadda qalan seçki oldu və hərçənd ki, Türkiyənin bütün düşmən və rəqibləri bu qədər yüksək səviyyədə demokratik və ədalətli seçkilərin keçirilməsini təxmin etmirdilər".
Anar Əliyev