Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bu addımı strateji fəlakətə səbəb ola bilər -ÖZƏL

Azərbaycanın bu addımı strateji fəlakətə səbəb ola bilər


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində beynəlxalq səviyyədə diplomatik təşəbbüslər davam edir. Vaşinqtonun ardınca tərəflərin Brüsseldə yüksək səviyyədə görüşməsi belə bir fikir formalaşdırıb ki, Bakı ilə İrəvan arasında nəhayət ki, sülh müqaviləsinin imzalanması yaxındadır və tezliklə bu reallaşa bilər. Ancaq bəzi siyasilər də hesab edirlər ki, Ermənistanla tez-tələsik sülh müqaviləsi imzalamaq da doğru strategiya deyil.

Elə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da belə düşünür. Newscenter.az-a verdiyi açıqlamada Azər Qasımov deyib ki, Azərbaycanın Ermənistanla tez-tələsik sülh müqaviləsi imzalamaq istəyi strateji fəlakətə səbəb ola bilər:

"Məsələ ondadır ki, Ermənistanla bağlanan sülhün dayanıqlığına inanmaq özünü aldatmaqdan başqa bir şey olmaz. Yaxın gələcəkdə sülhdən sonra hakimiyyət dəyişib, yeni hakimiyyətin Ermənistan rəhbərliyinə gəlməsi zamanı yenidən sülhün pozulacağına zəmanət yoxdur. Bu zəmanəti hər iki tərəfə beynəlxalq zəmanətçi ölkələr versə belə, onların da ikiüzlüyü mövzu Ermənistan olunca hamıya bəllidir".

Politoloq deyib ki, Ermənistanın Fransadan ölümcül silahlar alması, daha doğrusu verilməsi xəbərləri yayılır:

"Eləcə də, İrandan, Hindistandan və s. Azərbaycanın Ermənistanla sülh bağlaması o demək deyildir ki, Ermənistan silahlanmanı dayandıracaq. Onda daha rahat şəkildə bunu həyata keçirəcək. Hal-hazırkı durumda isə Azərbaycan Ermənistanın silahlanma cəhdini yerindəcə boğa bilər. Ermənistan ərazilərindəki bazaları təhlükə yaratdığı üçün məhv edə bilər. Amma sülh olarsa, bunu edə bilməyəcək".

Azər Qasımov hesab edir ki, Ermənistanı onun razılığı ilə yox, sülhə məcbur etməklə yola gətirmək lazımdır:

"Müqavilə şərtlərində Ermənistanın silahlanmasına qadağa qoyulması, əks halda Azərbaycanın bunun qarşısını almaq hüququnun olduğu şərti mütləq qeyd edilməlidir. Əks halda bu sülh yox, müvəqqəti atəşkəs olacaq".

Anar Əliyev
Xəbəri paylaş