Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bişmiş ət yeyən insan quduzluğa yoluxa bilərmi?-Həkim Aysel Əskərova aydınlıq gətirdi -ÖZƏL

Bişmiş ət yeyən insan quduzluğa yoluxa bilərmi?-Həkim Aysel Əskərova aydınlıq gətirdi


Xəbər verildiyi kimi Şabran rayonunda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Belə ki,təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Newscenter.az-ın xəbərinə görə, Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova isə sözügedən məclisdə iştirak edən 20 nəfərin quduzluq xəstəliyinə tutulma ehtimalı azdır. Onun sözlərinə görə, quduzluğun insana keçmə ehtimalı yalnız o halda ola bilər ki, quduz heyvanın qanı, açıq yaraların təması, ağız suyu vasitəsilə ola bilər:

"Digər tərəfdən müəyyən temperatira məruz qalmayan qidalar, ət və süd vasitəsilə də quduzluq insana keçə bilər. Əgər süd 65-75 dərəcədə bişmiş olarsa, o zaman həmin temperaturda mikrob ölmüş olur. Eyni zamanda ətdə də eyni proses olur. Bişmiş əti yeyən insan həmin mikroba yoluxa bilməz".

Aysel Əskərova deyib ki, bütün halda həmin şəxslərin nəzarətdə saxlanılması zəruridir:

"Ola bilər ki, yeməyin hazırlanması prosesində heyvanın açıq yarası ilə təmas və s. hallar olub. Hesab edirəm ki, bu məsələdə mütləq profilaktik tədbirlər həyata keçirmək lazımdır. Çünki quduzluq geridönməz bir mərhələdir".

Anar Əliyev
Xəbəri paylaş