Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlunun Ərdoğana qalib gəlmə şansı yoxdur -ÖZƏL

Kılıçdaroğlunun Ərdoğana qalib gəlmə şansı yoxdur


Türkiyədə prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca həyəcan da artır. Bir qism seçkidə Ərdoğanın, digər qism isə Kılıçdaroğlunun qələbə qazanacağını düşünür.

Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy isə hesab edir ki, Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gəlmə şansı mümkün deyil. Onun sözlərinə görə, Türkiyədə bugünkü şərtlərdə siyasət praktikası baxımdan Kılıçdaroğlunun Ərdoğana qarşı seçimi udma şansı yoxdur:

"Kılıçdaroğlunun seçkini udması uçun nəsə fövqəladə bir şey olmalıdır".

Nazim Cəfərsoy deyib ki, əslində "Millət İttifaqı" seçkini Kılıçdaroğlu namizəd olanda uduzmuşdu:

"Bu proses 14 mayda rəsmiləşəcəkdi, ancaq ATA ittifaqının namizədi Sinan Oğanın performansı Ərdoğana bu imkanı o gün vermədi".

Anar Əliyev
Xəbəri paylaş