Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.
Newscenter.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib.
Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.