Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sinan Oğan bunu etsə, onun siyasi həyatının sonu olacaq -ÖZƏL

Sinan Oğan bunu etsə, onun siyasi həyatının sonu olacaq


Türkiyədə mayın 28-də baş tutacaq prezident seçkilərinin ikinci turunda ATA blokundan namizəd olan və ilk turda 5 faizdən çox səs toplayan Sinan Oğanın hansı namizədə dəstək verəcəyi ətrafında fikirlər dolaşır. Bəziləri Oğanın Kamal Kılıçdaroğluna, bir başqaları isə Ərdoğana dəstək verəcəyini ehtimal edir. Görünən isə odur ki, Sinan Oğan hansı namizədin ona yüksək post verəcəyini dəqiqləşdirdikdən sonra seçimini açıqlayacaq. Türkiyənin “Yeni Akit” qəzetinin Ankara xəbər müdiri Muhammet Kutlu da deyir ki, CHP və “Millet İttifaq”ı dairələrində ilk turda 5,17 faiz səs toplamış Sinan Oğan ilə ittifaq yaratmaq ümidi var.

Newscenter.az-a verdiyi açıqlamada Muhammet Kutlu deyib ki, Sinan Oğan CHP liderinə dəstək verəcəyi təqdirdə bu onun siyasi karyerasının sonu olar:

“Sinan Oğan seçkilərin ilk turunda qazandığı səsləri milliyətçi olduğu üçün aldı. Bu səbəbdən hesab edirəm ki, Sinan Oğan içində HDP-nin və dolaylı olaraq PKK və diğər sol terror təşkilatlarının olduğu bir ittifaqa dəstək verəcəyini açıqlamaz. Əgər bunu açıqlayarsa, bu onun da xalq arasında siyasi həyatının sonu olar”.

Anar Əliyev
Xəbəri paylaş