Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bob Menendes kimi siyasi fiqurlar ABŞ-Azərbaycan əlaqələrinə kölgə salır -ÖZƏL

Bob Menendes kimi  siyasi fiqurlar ABŞ-Azərbaycan əlaqələrinə kölgə salır


"Azərbaycan və ABŞ əlaqələri müasir dövrün reallıqlarına uyğun olaraq yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mühüm münasibətlər mövcuddur və Vaşinqton rəsmiləri ölkəmizlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsini hər zaman prioritet məsələ kimi qiymətləndirib".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməıkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, iki ölkənin münasibətlər tablosunda iqtisadi ələqələr daha çox diqqəti cəlb edir və özünün dinamikliyi ilə seçilir:

"Rəsmi Vaşinqton hər zaman Azərbaycanın enerji siyasətini dəstəkləyir və qlobal enerji bazarında etibarlı tərəfdaş rolu oynayır. Həmçinin 11 sentyabr terrorundan sonra ABŞ tərəfindən formalaşdıran antiterror koalisiyasında fəal şəkildə iştirak edən Azərbaycan, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyada uğurla təmsil olunaraq qlobal təhlükəsizliyə töhvə vermiş və buda ABŞ tərəfindən yüksək qiymətləndirilmişdir".

AVP rəsmisi onu da deyib ki, lakin Amerika siyasi mühütündə Bob Menendes kimi siyasi fiqurlar var ki, onlar anti-Azərbaycan mövqeyi ilə seçilir və ABŞ-Azərbaycan əlaqələrinə kölgə salır:

"Təbii ki, bu aspektdə erməni lobbisinin fəaliyyətini danmaq olmaz. Kifayət qədər geniş maliyyə imkanlarına malik olan ABŞ erməniləri , əllərində formalaşan imkanlardan istifadə edərək bir çox siyasiləri ələ alır və onlardan ölkəmiz əlehinə fikir formalaşdırmağı tələb edir. Qatı Azərbaycan və Türkiyə əleyhdarı olan Menendes müxtəlif vaxtlarda ölkəmiz əlehinə petesiyalar həyata keçirib və bu günlərdə bir sıra tərafdaşı ilə qondarma Dağlıq Qarabağ Respublikasını tanımaq üçün qanun layihəsi hazırlayır. Təbii ki, bu reallaşsa belə həmin qanunun layihəsinin heç bir hüquqi əsası, keçərliliyi yoxdur. Biz bunu artıq Fransa senatının timsalında görmüşük. Lakin Bob Menendes kimi siyasilərin anti-Azərbaycan fəaliyyətləri regionda sülhün bərqərar olmasına mənfi təsir göstərir, əlavə olaraq Azərbaycan-Ermənistan münasibətlərində ABŞ-ın aktivləşən vasitəçilik roluna tərs mütənasiblik yaradır".

Anar Əliyev
Xəbəri paylaş