Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar Sankt-Peterburqun 320 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq -ÖZƏL

Deputatlar Sankt-Peterburqun 320 illiyinə həsr olunmuş tədbirlərə qatılacaq


Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

Newscenter.az-ın xəbərinə görə, səfərdə iştirak edən Milli Məclisin deputatı Əminə Ağazadə səfər çərçivəsində aidiyyətı üzrə Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında iştirak etdiyini bildirib.

Millət vəkili qeyd edib ki, səfər çərçivəsində deputat həmkarları ilə birlikdə Sankt-Peterburqun 320 illiyinə həsr olunmuş “Sankt-Peterburq – Birliyin parlament paytaxtı” mövzusunda beynəlxalq forumda da iştirak edəcək:

"Forumda “MDB məkanında əməkdaşlığın inkişafı: Peterburq təcrübəsinin xüsusiyyətləri”, “Sankt-Peterburq Qanunvericilik Məclisi: beynəlxalq parlament əməkdaşlığının təcrübəsi” və “Qlobal dəyişikliklər şəraitində parlamentarizm institutu” mövzularında dəyirmi masalar da keçiriləcək. Səfər mayın 20-də başa çatacaq".

Anar Əliyev
Xəbəri paylaş