Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və Azərbaycandakı Qərb şəbəkəsi məyus oldu -ÖZƏL

Ermənistan və Azərbaycandakı Qərb şəbəkəsi məyus oldu


Türkiyədə mayın 14-də keçirilən prezident və 28-ci dönəm parlament seçkilərinə qardaş ölkədə olduğu qədər Qərbdə, eyni zamanda Azərbaycan və Ermənistanda böyük maraq vardı. Azərbaycanda Türkiyə seçkilərinin maraqla izlənməsi başadüşülən idi. Çünki 10 milyonluq Azərbaycan cəmiyyəti 7-dən 77-yə hamısı Ərdoğanın seçkilərdə qələbə qazanmasından yana idi. Qərb və Ermənistanda isə tam bunun əksi. Hər iki dairədə ümid edilirdi ki, seçkidə Ərdoğan qərbmeyilli siyasət yürüdən Kılıçdaroğluna uduzacaq. Ancaq məkirli dairələrin ehtimalları özünü doğrultmadı

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şükürlü deyib ki. Qərbin 14 mayda Türkiyədə ilk raundu uduzması bu seçkilərə böyük ümid bəsləyən Ermənistandakı və Azərbaycandakı Qərb şəbəkəsini də hədsiz məyus edib. Onun sözlərinə görə, Ermənistanda ümid edirdilər ki, Ərdoğan uduzacaq və Kılıcdaroğlu qalib gələcəksə, bu, Türkiyənin yenidən tam şəkildə Qərbin iradəsi altına qaytarılması demək olacaq, bu halda isə Azərbaycanla sülh danışıqlarında və Rusiya ilə münasibətlərdə Paşinyanın mövqeyi güclənəcək:

"Eyni qaydada, Azərbaycandakı Qərb şəbəkəsi də ona köklənmişdi ki, 14 mayda Ərdoğan uduzacaq, Kılıcdaroğlu qalib gələcək və nəticədə, Əliyevin beynəlxalq müstəvidəki əsas siyasi dayaqlarından biri sıradan çıxacaq, beləliklə, Azərbaycan hakimiyyəti təklənəcək və zəifləyəcək. Elə bu səbəbədən, hələ də Azərbaycandakı və Ermənistandakı Qərb şəbəkəsi Türkiyə müxalifətindən daha çox seçkilərin saxtalaşdırıldığı iddiasını durmadan tirajlayır, Türkiyə dövlətinin və xalqının qazandığı böyük bir uğuru gözdən salmağa, ləkələməyə çalışır, 28 maya isə sönük ümidlərinin möcüzəylə gerçəkləşə biləcəyi son tarix kimi yanaşırlar".

Elxan Şükürlü deyib ki, Ərdoğan ikinci raundda - 28 mayda da yenidən hər hansı toqquşma olmadan üstünlüyünü təkrarlayacaqsa, bu, Türkiyənin mövqeyinin ciddi çəkildə nəzərə alındığı digər geopolitik toqquşma bölgələrində - Qara dəniz hövzəsində gedən Rusiya-Ukrayna savaşında, Cənubi Qafqazda Ermənistan-Azərbaycan danışıqlarında və Mərkəzi Asiya ölkələriylə münasibətlərdə Qərbin təsir imkanlarını xeyli zəiflədəcək:

"Qərbpərəstlərin məyusluqları və depressiyanın yaratdığı qeyri-sabit davranışları həm də bununla bağlıdır".

Anar Əliyev
Xəbəri paylaş