CHP lideri Kamal Kılıçdaroğlunun ll turda seçici sayında azalma ehtimalı böyükdür.
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun qənaətincə, "Millət İttifaqı"nın üzvlərinin CHP-dən gözləntiləri artıq bitib:
“Onlar aldıqlarını alıblar. Məclisdə ehtimal vermədikləri qədər vəkil yeri ala biliblər. Amma Prezident seçkilərində ümidləri qalmadığı üçün seçicilərinin yenidən ll tur seçkilərində aktivlik göstərməsi zəif ehtimaldır. Yeni seçicilərin də onlara səs verməsi HDP və "Feto" işbirliyi səbəbindən yox səviyyəsindədir. Bura mayın 28-nə kimi səsvermə hüququ yaranacaq 50 min seçicini də əlavə etmək olar".
Mehman Mehdiyev