Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Millət İttifaqı"nın əsas səhvlərindən biri namizəd seçimində oldu -ÖZƏL

"Millət İttifaqı"nın əsas səhvlərindən biri namizəd seçimində oldu


"Millət İttifaqı"nın əsas səhvlərindən biri namizəd seçimində oldu.

Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Azər Qasımov deyib ki, əslində Rəcəb Tayyib Ərdoğanın qarşısında kim olsa zəif durumda görünərdi:

"Amma CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi, xüsusən də, dəfələrlə seçkidə ona məğlub olmuş birinin yenidən Ərdoğanın qarşısına çıxması səhv idi. Hətta lətifə edirlər ki, Ərdoğan namizədliyini geri götürsə və Kılıçdaroğlu tək qalsa idi, ona kimsə bir faiz səs verməzdi".

Politoloq hesab edir ki, CHP-nin zəlzələdən ziyan çəkən ərazilərdəki insanlarla qısa müddət maraqlanandan sonra onlara yönəlik heç bir iş aparmaması da səs faizlərinə təsirsiz ötüşmədi:

"Hakimiyyət partiyasının gecə-gündüz həmin insanların bütün cəhətlərdən yanında olması həmin insanların böyük əksəriyyətinin səslərinin "Cümhur İttifaqına" verməsinə səbəb oldu, amma çoxları bunun əksini proqnozlaşdırırdılar".

Anar Əliyev
Xəbəri paylaş