Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə media çox qarışıqdır -ÖZƏL

Ölkədə media çox qarışıqdır


Türkiyədə mayın 14-də keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri Azərbaycan cəmiyyəti və mediasında da geniş şəkildə müzakirə edilir, təhlil olunur. Bəziləri bunu məqbul saymasa da, lakin bir qism isə hesab edir ki, mediamız Türkiyə seçkilərini yaxından izləməli, onu təhlil etməlidir. Ancaq tərəf tutmamaq şərtilə.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, Türkiyədə keçirilən prezident seçkiləri Azərbaycan media mənsublarına da öz təsirini göstərdi. Onun qənaətincə, əslində Azərbaycan mediasında baş verənlər elə dünyanın istənilən ölkəsində də eynilə baş verməkdədir:

"Məsələ burasındadır ki, bizim ölkədə media çox qarışıqdır. Hər hansı bir media qurumunun mövqeyi açıq şəkildə deyil. Hamı deyir media tərəfsiz olmalıdır, yaxud şablonlu cümlələr. Nə üçün media tərəfsiz olmalıdır? ABŞ-da və Avropa ölkələrində mətbuatın hamısı tərəfsizdir, məgər? Əksəriyyətinin siyasi və iqtisadi baxımdan tərəfi açıq şəkildə görünür. Bunu onlara irad tutan yoxdur. Sadəcə olaraq dövlət siyasətinə və maraqlarına faydalı olaraq, onlara ziyan vurmadan nədən olmasın ki?"

Çingiz Şahbazi sual edib ki, bizim ölkəmizdə də Qərb mediasını təmsil edən, dəstəkləyən və həmçinin tənqid edən öz milli media qurumlarımız nə üçün olmasın?

"Düşünürəm ki, həmçinin Türkiyəyə və digər ölkələr və regionlara da şamil etmək olar. Hamı Ərdoğançı olmaqla və yaxud da müxalifətin namizədini dəstəkləməklə bir yaxşı nəticəyə varmaq mümkün deyil. Bütün görüşlərdə, düşüncələrdə bir fayda var. Bu baxımdan mediamızın bütünlükdə görüş və mövqeyini məqbul hesab etmək lazımdır".

Anar Əliyev
Xəbəri paylaş