NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün "2-ci səviyyəli yenidən NATO qiymətləndirilməsi (NEL-2) təlimi"nin məsləhətçi görüşü keçirilib.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Alyansın müxtəlif qərargahlarından gələn xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə iştirakçılara NEL-2 təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd ƏİK proqramına bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının NATO standartlarına uyğunluğunu yoxlamaq, eləcə də bölmələrin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir.
Mehman Mehdiyev