Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən gözləntilər nədir? -ÖZƏL

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən gözləntilər nədir?


"Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin gözlənilən görüşünü növbəti görüş kimi hesab edirəm. Ciddi nəticənin olacağı hələ şübhə doğurur. Rusiyanın dövlət kimi planları həyata keçməyincə heç bir Rusiyaətrafı regonda sülh olması mümkün deyil".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Azərbaycan və Ermənistan rəhbərlərinin yaxın vaxtlarda Rusiyada baş tutacaq görüşünə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, dövlət başçılarının görüşünü ciddi nəticələri olacaq görüş kimi qələmə vermək həm Ermənistanın, həm də Rusiyanın köhnə metodlarıdır:

"Görüşün nəticəsinə ümid yaratmaqla sanki nəsə olacaq deyə vaxt uzatmaq istənilir. Bu şəkildə Azərbaycan 30 ilə yaxın danışıqlarla vaxt itirdi. Sonda hər şeyi Azərbaycan əsgəri həll etdi. Böyük ehtimalla yenə də son nöqtəni Azərbaycan əsgəri qoyacaq. Ermənistanla sülh Azərbaycan üçün lazımsız işdir. Nə edəcəyiksə, təzyiq, güc yolu ilə etməliyik. Başqa ümidlərə bel bağlamaq lazım deyil".

Anar Əliyev
Xəbəri paylaş