Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cenk Tosun daha 3 il "Beşiktaş"da -ÖZƏL

Cenk Tosun daha 3 il "Beşiktaş"da


"Beşiktaş" futbol klubu təcrübəli oyunçusu Cenk Tosun ilə 3 illik yeni müqavilə imzalamağa hazırlaşır.

Newscenter.az NTV Spora istinadən bildirir ki, qısa müddətdə 31 yaşlı futbolçu ilə 1 illik opsiya ilə 3 illik müqavilə imzalanacaq. Cenk Tosun bu mövsüm 31 rəsmi matçda birbaşa olaraq 20 qola (16 qol - 4 məhsuldar ötürmə) imza atıb.

Ümumilikdə isə, ağ-qaraların heyətində 177 oyun keçirən Cenk Tosun 101 qola (83 qol - 18 məhsuldar ötürmə) töhfə verib. "Beşiktaş"da 3 dəfə Superliqa çempionu olan 31 yaşlı hücumçu bir dəfə Türkiyə kubokunun qalibi olub.

Oruc Niyazov
Xəbəri paylaş