"Vətəndaşlardan daşınmaz əmlakın məcburi sığortası tələbi doğru deyil və bu bir növ vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır. Heç bir halda mənzilin sığorta olunmaması səbəbindən vətəndaş cərimə olunmamalıdır".
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında əksini tapıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, vətəndaş öz mülkünü sığortalamaqda sərbəstdir:
"Vətəndaş istəməsə, mülkünü sığorta etdirməz. Ona görə də müvafiq qurumlar verdikləri qərara yenidən baxmalıdırlar. Əks təqdirdə bu addım vətəndaşlar tərəfindən kəskin etirazla qarşılanacaq".
Mərkəzdən o da bildirilib ki, yaxın və uzaq ölkələrin praktikasında da belə bir hal yoxdur.
Natiq Orucov