Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Biqdelinin reallıqdan uzaq fikri -ÖZƏL

Əli Biqdelinin reallıqdan uzaq fikri


İran ciddi cəhdlə Azərbaycanla münasibətləri normallaşdırmağa can atır. Son bir neçə ayda Tehrandan göstəilən təşəbbüslər fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə isə İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli maraqlı təklif irəli sürüb. O bildirib ki, Tehranla Bakı arasında münasibətlərin normallaşdırılmasına Moskva və Ankara vasitəçi ola bilər.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Həmrəylik Partiyasının sdəri Əlisahib Hüseynov deyib ki, biz hansısa keçmiş diplomatdan açıqlama yox, məhz hazırkı İran rəhbərliyindən onların öz günahları üzündən iki ölkə arasında münasibətlərdə yaranmış gərginlik və problemlərin həlli istiqamətində real addımlar gözləyirik:

"Bu ölkənin vaxtilə Azərbaycanda və Türkiyədə səfiri olmuş, hazırda isə ekspert kimi fəaliyyət göstərən keçmiş diplomat Əli Biqdelinin Azərbaycanla İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankaranın vasitəçilik edə biləcəyi barədə səsləndirdiyi fikir isə indiki halda tamamilə reallıqdan uzaq fikirdir".

MHP sədri deyib ki, münasibətləri belə normallaşdırmazlar:

"İran tərəfi xoş məram nümayiş etdirməli, sözdən işə keçməli, nəsə real bir addım atmalı və Azərbaycanın gözləntilərini doğrultmağa, tələblərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir".

Anar Əliyev
Xəbəri paylaş