"Gələn bazar günü keçiriləcək seçkilərdə xalqımın güclü türk demokratiyasını göstərəcəyinə inanıram. Ümid edirəm ki, millətim bizi yanıltmaz".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN İnternational-a verrdiyi müsahibədə səsləndirib.
Türkiyə prezidenti əmin olduğunu bildirib ki, ikinci tur seçkilərində də Türkiyə vətəndaşları yüksək seçici fəallığı nümayiş etdirəcəklər:
"90 faizə qədər güclü seçici fəallığının olacağına inanıram. Bu çox əhəmiyyətli bir iştirakdır" deyə, Ərdoğan vurğulayıb.
Mehman Mehdiyev