Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğandan seçicilərə ÇAĞIRIŞ -ÖZƏL

Ərdoğandan seçicilərə ÇAĞIRIŞ


Prezident Rəcəb Tayyib Ərdoğan xaricdəki seçicilərə çağırış edib:

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə prezidenti xaricdəki türk vətəndaşlara olduqları ölkələrdəki seçki tarixlərini yaxından təqib edərək demokratik haqqlarından istifadə etmələrini istəyib.

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Twitter hesabında Ərdoğan onu da qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Mənə və Xalq Alyansına böyük lütf göstərdiniz:

“Türkiyə demokratiyasının gücünü gücləndirdiniz”

Türkiyə prezidenti daha sonra bunları qeyd edib?

"Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm".

Mehman Mehdiyev
Xəbəri paylaş