“Kamal Kılıçdaroğlunun milliyyətçiliyi mövsümi bir ehtirasdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri "Haber Global"a müsahibəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay səsləndirib. Vitse-prezident deyib ki, yalnız qarşıdakı 10 gün ərzində Kılıçdaroğlunu millətçi kimi görmək mümkün olacaq.
Gündəmlə bağlı sualları dəyərləndirən Fuad Oktay 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu barədə də danışıb. O əmin olduğunu bildirib ki, seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gələcək.
Anar Əliyev