Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Görüşlərdən nəticə əldə etmək üçün Ermənistana təzyiq göstərilməlidir -ÖZƏL

Görüşlərdən nəticə əldə etmək üçün Ermənistana təzyiq göstərilməlidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bu ayın sonuna qədər Moskvada yenidən bir araya gələcəyi bildirilir. Artıq Kreml də Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəyini təsdiqləyib. Liderlərin ay ərzində ikinci dəfə görüşmək imkanının olması, artıq görüşün baş tutacağının da razılaşdırılması onu deməyə əsas verir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yaxındadır. Bu kimi görüşlər isə prosesi daha da sürətləndirir.

Bəs görəsən ekspertlər necə düşünür? Azərbaycan və Ermənistan liderlərinin ay ərzində ikinci dəfə görüşməsi onu deməyə əsas verirmi ki, imzalanacaq sülh müqaviləsi tam hazırdır və yalnız ona tərəflərin imza atmasına ehtiyac var.

“Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, sülh müqaviləsi hər zaman qapıda hazır olub, sadəcə Ermənistanın bundan yayınması prosesi uzun illərdir uzadır:

“O ki qaldı Azərbaycan və Ermənistan liderlərinin ay ərzində ikinci dəfə bir araya gəlməsinə, bu təbii ki, öz-özlüyündə çox müsbət bir haldır. Bu kimi görüşlər mövqelərin yaxınlaşması, prinsiöial məsələlərin razılaşdırılması baxımından çox əhəmiyyətlidir. Ancaq dediyim kimi, sülh müqaviləsinin imzalanması Ermənstandan asılıdır. Daha doğrusu Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüs göstərən beynəlxalq aktorlar gərəkdir ki, İrəvanı buna məcbur etsinlər. Əks təqdirdə nə keçirilən görüşlər, nə də ortaya qoyulan təşəbbüslərin heç bir nəticəsi olmayacaq. Nəticə əldə etmək üçün mütləq Ermənistana təzyiq göstərilməlidir”.

Anar Əliyev
Xəbəri paylaş