28 may prezident seçkilərinin ikinci turu ərəfəsində "Millət İttifaqı"nın namizədi, CHP lideri Kamal Kılıçdaroğlu dəstək axtarışına çıxıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu məqsədlə CHP lideri bu gün Zəfər Partiyasını ziyarət edib. Kılıçdaroğlu sözügedən partiyanın mənzil qərargahında Zəfər Partiyasının sədri Ümid Özdağla görüşüb.
Görüşdə CHP lideri 28 may prezident seçkilərinin ikinci turunda Zəfər Partiyasının ona dəstək verməsini istəyib. Həmçinin, liderlər gələcəkdə iki partiya arasında əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Mehman Mehdiyev