Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Newscenter.az-ın məlumatına görə, “Report”un Rusiya bürosu xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.