Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Anatoli Çubaysın İsrailə mühacirət etmək üçün müraciət etdiyi iddia edilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail mətbuatı belə bir iddia ilə çıxış edib. İsrail mətbuatının yazdığına görə, Rusiyanın Ukraynaya hücumunun başlamasından sonra ölkəni tərk edən Putinin Davamlı İnkişaf üzrə keçmiş xüsusi nümayəndəsi Çubays rusların əksəriyyətinin yaşadığı Nof Hagalil şəhərindəki Əhali, İmmiqrasiya və Sərhəd İdarəsində görüntülənib. Çubays isə İsrailə mühacirət etdiyi ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, Rusiya administrasiyasında yüksək vəzifələrdə çalışan Çubays 1990-cı illərdə Boris Yeltsinin şəxsi katibi, Putin dövründə isə beynəlxalq təşkilatlarda Rusiya nümayəndəsi kimi vəzifələri yerinə yetirib.
Mehman Mehdiyev