Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya rəhbərliyi üçün insan həyatı vacib nüans deyil -ÖZƏL

Rusiya rəhbərliyi üçün insan həyatı vacib nüans deyil


Ukraynaya təcavüz artıq təkcə Rusiya cəmiyyətində deyil, eyni zamanda bu ölkənin rəsmi və ya qeyri-rəsmi qurumları arasında da ciddi problemlərə yol açıb. Vaxtı ilə Putin hakimiyyətinin ən etibar etdiyi və inandığı "Wagner" hərbi qruplaşması da indi Ukraynaya təcavüzün səhv olduğunu anlayaraq tədricən mövqelərindən geri çəkilir. Hər halda bir müddət əvvəl sözügedən şirkətin Ukraynanın Baxmut şəhərindən geri çəkilməsi ilə bağlı açıqlaması da belə deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən AVP sədrinin beynəlxalq məsələlər qzrə köməkçisi Pərviz Mirizadə deyib ki, "Wagner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojen bir müddət öncə öldürülmüş üzvlərinin cəsədləri yanından videomüraciət yayımlayaraq Rusiya ordu komandanlığını, konkret olaraq müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimovu hədəf alan açıqlamalar verdi:

"O, ordu rəhbərliyini özlərini lazımı səviyyədə silah-sursatla təmin etmədiklərinə görə ittiham edərək uğursuzluqların əsas səbəbkarı kimi Şoyqu və Gerasimov cütlüyünü ittiham etdi və qeyd etdi ki, mayın onundan sonra silahlılarını Ukrayna torpaqlarından geri çəkəcək. Lakin bu baş vermədi və "Wagner" yaraqlıları hələ də Ukraynada hərbi əməliyyatlar icra edir".

Bəs, məlum müraciət və ittihamlar nə üçün idi?

AVP rəsmisi deyir ki, istənilən hərbi əməliyyatlar zamanı döyüşən hərbi birləşmələr ordu rəhbərliyi tərəfindən bəlli miqdarda silah-sursatla təchiz olunur və onlara qarşı qoyulmuş hədəfi yerinə yetirərkən mümkün qədər az sərfiyyatla bu işi başa çatdırmaq tapşırılır:

"Yəni bütün bu proses bir nöqtədə, müharibənin ağır iqtisadi yükünü azaltmaq üçün edilir və "Wagner" silahlıları da çox güman ki, lazımı səviyyədə hərbi avadanlıqlarla təmin olunur. Yox əgər hərbi təminatda sıxıntılar varsa, bu təkcə "Waqner" üçün yox, bütün orduda hiss olunacaq haldır".

Pərviz Mirizadə deyib ki, "Wagner" birliyinin döyüş təcrübəsi hazırda döyüşən əsas ordudan daha çoxdur:

"Suriya, Liviya, Mali, Orta Afrika Respublikası kimi dövlətlərdə aktiv fəaliyyət göstərən Wagnerçilər kifayət qədər müharibə təcrübəsinə malikdir. Baxmut cəbhəsində də Priqojenin birlikləri daha fəal rol oynayırdı və nizami ordunu kölgədə qoymaq hədəflənirdi. Lakin görünən odur ki, istənilən nəticəni əldə edə bilməyən Priqojen məsuliyyəti ordu rəhbərliyin üzərinə atmaq istəyir. O, yaxşı anlayır ki, Kreml hərbi-siyasi rəhbərliyi gələcək dönəmdə müharibə cinayətləri kimi ağır ittihamları məhz onun adı ilə hallandıracaq. Bir sözlə ondan yem kimi istifadə olunduğunu gecdə olsa başa düşür və özünü bu situasiyadan qurtarmağın yollarını axtarır".

AVP rəsmisinin sözlərinə görə, reallıq budur ki, Rusiya rəhbərliyi üçün insan həyatı vacib nüans deyil:

"Rusiya tarixini bilənlər yaxşı bilir ki, ruslar əldə etdikləri bütün qələbələri çox saylı insan həyatı hesabına qazanıb və bu gündə qələbə əldə olunmasada eyni ssenari təkrar olnur, rus xalqıda baş verən itkilər fonunda heç bir münasibət bildirmir. Yəni bu onların psixologiyasında oturuşmuş bir reallıqdır".

Anar Əliyev
Xəbəri paylaş