Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülhməramlıları erməni marağının təminatçısı qismində -ÖZƏL

Rusiya sülhməramlıları erməni marağının təminatçısı qismində


"Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti yenə də öz missiyası, fəaliyyət istiqamətlərindən kənara çıxaraq erməni maraqlarının müdafiəsi, separatçıların silahlandırılması ilə məşğuldur".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, son bir neçə gündə sülhməramlı kontingentin Xəlfəli yolu ilə Qarabağa silah-sursat daşınmasında iştirak etməsi onu deməyə əsas verir ki, sülhməramlıların dəstəyi ilə separatçılar Qarabağda növbəti təxribata hazırlaşırlar:

"Qarabağda arzulamadığımız bir təxribatın baş verməməsi üçün Ordumuz təcili olaraq separatçılara hərbi texnika daşınan Xəlfəli yolunu nəzarətə götürməlidir. Əks təqdirdə separatçıların siıahlandırılması davam edəcək".
.
Analitik Qrupdan o da bildirilib ki, rəsmi Bakı Rusiya Müdafiə Nazirliyi qarşısında sülhməramlılarla bağlı qəti tələb qoymalıdır:

"Yəni, sülhməramlılar öz missiyalarından kənar heç bir fəaliyyətlə məşğul olmasınlar".

Anar Əliyev
Xəbəri paylaş