Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Prezidenti: "İkinci tura keçən şəxs diktator ola bilərmi?" -ÖZƏL

Türkiyə Prezidenti: "İkinci tura keçən şəxs diktator ola bilərmi?"


"Birinci turda yox, ikinci tura keçən şəxs diktator ola bilərmi? İndi reallıq budur. “Cümhur İttifaq” parlamentə 322 deputatla girəcək, onun başında duran şəxs isə 2-ci tura çıxacaq. Bu necə diktaturadır?”.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcb Tayyib Ərdoöğan "CNN International"-a müsahibəsi zamanı Birləşmiş Ştatlar prezidenti Co Baydenin onu diktator adlandırmasına münasibət bildirərkən səsləndirib.

Rəcəb Tayyib Ərdoğan buna rəğmən yenidən Türkiyə prezidenti seçiləcəyi təqdirdə, Co Baydenlə işləyəcəyini deyib:

"Bu barədə heç bir şübhə yoxdur. Mən də cənab Baydenlə işləyəcəm. Bayden dəyişsə və onu kim əvəz etsə, onunla da işləyəcəm", deyə Türkiyə prezidenti sözlərinə əlavə edib.

Anar Əliyev
Xəbəri paylaş