Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Xalq Cümhuriyyətinin 105 -ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 105 -ci ildönümü ilə bağlı tədbir keçirilib


Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirin təşkilatçısı Azərbaycan Dövlət Pedeqoji Universitetinin IV kurs tələbəsi Hüseyn Əskərov giriş sözü ilə çıxış edərək bu tipli tədbirlərin gənc nəslin vətənpərvər və şəxsiyyət kimi yetişməsində böyük rol oynadığını qeyd edib.

Newscenter.az xəbər verir ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov isə öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində oynadığı rolu qeyd edərək, gənc nəslin bu qiymətli mirasa sahib çıxmasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı isə öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının siyasi və ideoloji əsaslarını önə çəkərək, ilk milli dövlətimizin türk-müsəlman dünyasında oynadığı xüsusi rolu qeyd edib. Tarixçi-alim eyni zamanda bu gün Azərbaycanın siyasi və milli birliyinin təməli olan Azərbaycançılıq ideologiyasının Cümhuriyyət dövründə də əsas ideoloji dəyər olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Pedeqoji Universitetininin müəllimləri Sevinc Eyyubova, Əliəşrəf Abdulrazaqov və digərləri də tədbirin əhəmiyyətindən danışaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində gimnaziyanın şagirdləri Azərbaycan Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı maraqlı səhnəciklər nümayiş etdirərək tədbirə xüsusi rəng qatıblar.

Mehman
Xəbəri paylaş