Mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
Newscenter.az bildirir ki, bu barədə "Report"un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir.
Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:
- “Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;
- “Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”;
- “Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”.