Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Obalıya qarşı olan hücumun arxasında İranın olduğu şübhələri əsaslıdır -ÖZƏL

Əhməd Obalıya qarşı olan hücumun arxasında İranın olduğu şübhələri əsaslıdır


"Günaz TV-nin rəhbəri Əhməd Obalı və onun oğlunun ABŞ-da hücuma məruz qalması, hər ikisinin vəhşicəsinə döyülməsi təsadüfi bir hadisə deyil. Bu hadisə Əhməd Obalının Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fəaliyyətindən irəli gəlir. Bu mənada Əhməd Obalıya qarşı olan hücumun arxasında İran adlanan ölkənin olduğu şübhələri də əsaslıdır".

Bu fikirləri Newscenter.az-a Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Qəzənfəroğlu səsləndirib. BAO rəsmisi deyib ki, Əhməd Obalının Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fəaliyyətlərindən dolayı ən böyük ehtimal fars-molla şovinist rejimi üzərində cəmləşir:

"Ola bilər ki, insanların gözünü qorxutmaq üçün edilən bir cinayətdir. Yəni, İran adlanan rejim bununla bizim əlimiz ABŞ-da çatır mesajını vermək istəyir".

Faiq Qəzənfəroğlu deyib ki, bütün halda baş verənlər, fiziki təzyiqlər, işgəncələr doğru yolda olan insanları geri addım atmağa sövq edə bilməz:

"Nə olursa olsun milli mücadilədən bir addım geri atılmayacaq və fars-molla rejimi bu əməllərinə görə öz cavabını alacaq".

Anar Əliyev
Xəbəri paylaş