Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva görüşündən səmərəli addımların atılmasını gözləmək lazım deyil. -ÖZƏL

Moskva görüşündən  səmərəli addımların atılmasını gözləmək lazım deyil.


"Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, növbəti görüşün baş tutması üçün Vaşinqtona səfər etdilər və daha sonra hər iki ölkənin liderləri Brüsseldə Avropa İttifaqının mənzil qərargahında görüşdülər. Bu görüşlər, tərəflərin sülh müqaviləsi ətrafında detallar üzərində aktiv şəkildə işlədiklərinin göstəricisi kimi dəyərləndirmək olar".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, ABŞ və Avropa İttifaqı platformalarının ardınca Moskvanın təşəbbüsü ilə xarici işlər nazirləri səviyyəsində daha bir gorüşün baş tutması və bunun ardınca hökumət başçılarının səviyyəsində yenidən bir daha görüş təyin edilərək may ayının sonlarında Moskvada keçiriləcəyi xəbərləri, əslində gözlənilən idi:

"Ancaq rusların Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin bağlanması istiqamətində aparılan işlərin davam etdirilməsində maraqlı olmaları inandırıcı olaraq görünmür. May ayının sonlarında Moskvanın təşəbbüsü ilə Ermənistan və Azərbaycan hökumət başçılarının görüşündən heç bir səmərəli addımların atılmasını gözləmək lazım deyil. Çunki,bu görüşün keçirilməsi hər zaman olduğu kimi, Vaşinqton və Brüssel görüşlərində əldə olunan razlaşmalara qarşı Rusiyanın pozuculuq siyasətidir və münaqişənin davam etdirilməsinə xidmət göstərir".

Anar Əliyev
Xəbəri paylaş