Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövlud Çavuşoğlu: "ABŞ-dan Türk Evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik"

Mövlud Çavuşoğlu: "ABŞ-dan Türk Evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik"


"ABŞ-dan Nyu Yorkdakı Türk Evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik".

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O, paylaşımında qeyd edib ki, Nyu Yorkdakı Türk Evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb: "Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik".
Xəbəri paylaş