“Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya bugünkü səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə daha müsbət dinamika verəcək”.
Newscenter.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.
"Bir il əvvəl Azərbaycana səfərim zamanı biz əməkdaşlıqla bağlı səmərəli danışıqlara başladıq. Həmin vaxt danışıqlar zamanı iqtisadiyyat və təhsil sahələrində əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğumuzu bildirdik", - o deyib.
Mehman Mehdiyev