"Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərini tanıdıqları barədə açıqlaması əslində bir oyundur və demək olar ki, erməni baş nazir oyunbazlıq edir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.
Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, əslində Nikol Paşinyan bununla erməni cəmiyyətində yeni bir gərginliyin yaranmasına nail olmaq istəyir:
"Son vaxtlar Azərbaycanıa Ermənistan arasında münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində beynəlxalq təşəbbüslərin artdığını müşahidə edirik. Həmin təşəbbüslər çərçivəsində keçirilən görüşlərdə hətta sülh müqaviləsinin əksər detallarının müzakirə edilib razzılaşdırıldığı bildirilir. Ermənistan rəhbərliyi isə indiki halda sözügedən müqavilənin imzalanmasına mane olmağa çalışır".
Analitik Qrup hesab edir ki, əslində Paşinyanın son açıqlaması da erməni cəmiyyətində yenidən gərginliyin artması və beləliklə, daha bir müddət sülh müqaviləsinin imzaılanmasının yubanmasına xidmət edir.
İnqilab Süleymanov