Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Litva səfəri ölkələrarası münasibətləri yeni bir mərhələyə daşıyacaq -ÖZƏL

Prezidentin Litva səfəri ölkələrarası münasibətləri yeni bir mərhələyə daşıyacaq
\

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Litvaya rəsmi səfəri Bakı ilə Vilnüs arasında bütün sahələrdə əlaqələrin inkişafına təkan verəcək, ölkələrarası münasibətləri yeni bir mərhələyə daşıyacaq”.

Bu fikirləri Newscenter.az-a səsləndirən “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, bu səfərdən xüsusilə iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrə də pay düşəcək:

“Bildiyimiz kimi dövlət başçısının səfəri zamanı hər iki ölkənin prezidentlərinin iştirakı ilə biznes forum keçirildi. Biznes forumda Azərbaycan və Litvadan kifayət qədər iş adamının iştirak etdiyini nəzərə alaraq deyə bilərik ki, bu səfər və səfər zamanı keçirilən görüşlər həm də istisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə əlaqələr üçün real imkanlar yaradacaq. Eyni zamanda səfər zamanı imzalanan sənədlər də Bakı ilə Vilnüs arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün müsbət dinamika yaradacaq”.

Arzuman Muradlı Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətlərin mövcud olduğunu qeyd edərək onu da bildirib ki, Vilnüs həm də Bakının Avropa İttifaqı ilə əlaqələrinin inkişafına mühüm faktor rolunu oynayır:

“Bundan başqa nəqliyyat tranzit sahədə də kifayət qədər səmərəli əməkdaşlıq imkanları vardır. Prezident İlham Əliyevin də səfər zaman litvalı həmkarı ilı keçirilən görüşdə qeyd etdiyi kimi Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da var. Sadəcə olaraq, daha səmərıi addımlar atmaqla bu sahədə uğurlu əməkdaşlığa nail olmaq mümkündür”.

Anar Əliyev
Xəbəri paylaş