Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qarabağ məsələsində özünün moderatorluq funksiyasını əlindən heç kimə vermək istəmir -ÖZƏL

Rusiya Qarabağ məsələsində özünün moderatorluq funksiyasını əlindən heç kimə vermək istəmir


"Rusiya Cənubi Qafqazda, xüsusilə də Qarabağ məsələsində özünün moderatorluq funksiyasını əlindən heç kimə vermək niyyətində deyil. Məhz bu səbəbdən Vaşinqton və Brüssel platformalarında keçirilən görüşlərdən sonra, Rusiyanın proseslərə müdaxilə edəcəyi gözlənilən idi”.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiyanın müdaxiləsi hər zaman olduğu kimi indi də birmənalı şəkildə deyil:

“Məhz Qarabağ məsələsində Ermənistanla gizli danışıqlar aparan Rusiya, Azərbaycana qarşı təxribat xarakterli təlimatlar verir və Qarabağa yerləşdirdiyi sülhməramlı qüvvələrin yardımı ilə orda məskunlaşan separatçı rejimi silah və sursatla ölkəmizə qarşı silahlandırır. Rusiyanın bu addımı, munaqişənin davam etməsinə, yəni bitməməsinə hesablanıb”.

Ekspert deyib ki, ruslar üçtərəfli anlaşmaya əsasən 2025 -ildə "sülhməramlı" qüvvələrini Qarabağdan çıxartmaq niyyətində deyillər.

Mehman Mehdiyev
Xəbəri paylaş