Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkidən sonra Türkiyədə qarşıdurma yaratmaq kimsənin həddinə deyil -ÖZƏL

Seçkidən sonra Türkiyədə qarşıdurma yaratmaq kimsənin həddinə deyil


"Rəcəb Tayyib Ərdoğanın seçkilərin 28 mayda keçiriləcək ll turunda qalib gəlməsi kəsindir, bunda kimsənin şübhəsi olmasın. Əgər Ərdoğanın qalib gəlməsindən hansısa təxribatçı qüvvələr, o cümlədən də, PKK narahat olacaqsa və ya başqa planları varsa, indidən bu arzularının üstündən bir stəkan soyuq su içsinlər".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, PKK-nın terror aktı və ya qarışıqlıq yaratmasına gələndə isə bu, kimsənin həddinə deyil:

"PKK yaxın bir neçə ilə kimi hər gün bu və ya digər şəkildə terror aktı törədirdi. İndi onların qarşısı Türkiyə silahlı qüvvələri tərəfindən elə alınıb ki, yerlərindən tərpənə, mağaralarından çıxa bilmirlər. Odur ki, nə PKK, nə də digər bu kimi qüvvələr 28 maydan sonra seçkilərdən daha da güclənmiş çıxacaq Türkiyədə terror aktı bir yana, heç Ərdoğandan icazəsiz nəfəs belə ala bilməyəcəklər".

Anar Əliyev
Xəbəri paylaş