Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sinan Oğan kimə dəstək verəcəyini bu gün açıqlayacaq -ÖZƏL

Sinan Oğan kimə dəstək verəcəyini bu gün açıqlayacaq


Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunun iştirakçısı, ATA İttifaqının namizədi Sinan Oğan seçkilərin ikinci turunda kimə dəstək verəcəyini dəqiqləşdirib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Sinan Oğan hansı qərarı verdiyini bu gün axşam saatlarında keçirəcəyi mətbuat konfransı ilə açıqlayacaq.

"Prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi açıqlayacağıq. Bu məqsədlə apardığımız müzakirələrdə nəticəyə gəlməkdəyik", deyən Sinan Oğan Türk millətinin gələcəyi, Türkiyənin birlik və bərabərliyi, sabitliyin zəruriliyi məqsədilə belə bir addım atdığını vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş