Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Obalıya qarşı hücumun arxasında İran faktoru -ÖZƏL

Əhməd Obalıya qarşı hücumun arxasında İran faktoru


“Günaz TV-nin rəhbəri, Güney Azərbaycandan olan fəal Əhməd Obalının və onun oğlunun vəhşicəsinə döyülməsinin arxasında İran faktorunun olması barədə deyilənlər həqiqətə yaxındır. Fars-molla rejimi zaman-zaman güneyli fəallara qarşı bu kimi təsir vasitələrindən istifadə edib”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, fars-molla rejimi bu cür qeyri-insani üsul və vasitələrlə Güneydəki soydaşlarımızın gözünü qorxutmaq istəyir:

“Ancaq molla rejimi unudur ki, bu kimi metodların heç bir mənası yoxdur və olmayacaq. Artıq rejimin sonuna çox az qalıb. Nəhayət ki, dünya şər idarəetmədən qurtulacaq və İranın molla hakimiyyəti tarixin arxivinə göndəriləcək”.

Anar Əliyev
Xəbəri paylaş